Rahat və premium həyat yaşamağınız üçün gərəkli olan hər nüansı asanlıqla tapacağınız və dəyərlərinizə dəyər qatacağınız “28 Residence” premium səviyyəli yaşayış kompleksidir.Modern memarlıq strukturu ilə çağdaş şəhər insanının ehtiyac duyacağı bütün imkanları özündə birləşdirən nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin edilib.
Dəniz və əsrarəngiz şəhər mənzərəsinə sahib 15 mərtəbəli 4 binadan ibarət olan yaşayış kompleksi müştərilərinə sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir.28 May metro stansiyası və Azərbaycan Neft və Sənaye üniversitetindən 200 metr məsafəlik yerləşmə mövqeyi ilə rahat şəhər yaşayış zonası standartlarına tabe olur.